Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı

 

Bakı Biznes Universitetində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində ali təhsildə potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib. Konfransa Azərbaycanın 15 universitetinin rektoru və uyğun sturuktur rəhbərləri, eləcə də digər nüfuzlu qonaqlar qoşulub.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, beynəlxalq əlaqələr, keyfiyyətin təminatı və akkreditasiya, elm və innovasiya şöbələrinin rəhbər şəxsləri və mütəxəssisləri də iştirak ediblər.

ATMU-nun rektoru İlham Mədətov tədbirin əhəmiyyətindən, beynəlxalq layihələrdə iştirakın universitetlərə ya­ratdığı imkanlardan danışıb və bu kimi layihələrin davamlı olmasını arzu edib. Eyni zamanda layihələrin hazırlanması və icrası, qarşıya çıxan problemlərin daha tez həlli ilə bağlı tövsiyələrin və təcrübənin paylaşılması baxımından tədbirin əhəmiyyətli olduğunu vurğu­layıb. O, rektorları bir araya gətirən və təhsildə potensialın gücləndirilməsi, o cümlədən inkişafını hədəfləyən layihəni yenilik kimi dəyərləndirib. Layihənin koordinatoru Gülşən Bayramova “Azərbaycanda rektorlar konfransı” layihəsinin hazırlanması prosesi və görüləcək işlər barədə geniş məlumat verib.

Sual–cavab sessiyası və müzakirələrin zamanı bir sıra təkliflər irəli sürülüb. Həyata keçirilən layihələrin universitetlərarası əməkdaşlığa və təhsilin keyfiyyətinə zəmin yaradacağına əminlik bildirilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

9 May 2021 00:29 -
17 İyun 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 İyun 2021 | 16:00
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə