Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot -1. Yolların əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Aqil Nəzərli.

Ünvan-Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi.

E-mail: [email protected]

Telefon- 050 - 830 32 32,

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (yüz ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmala­rının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

• H/h- AZ48C­TRE00000000000002515631

• VÖEN-6200019961

• Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod- 210005

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statu­su almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar.

- Vergilər Nazirliyi tərəfindən həmin iddia­çıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış.

- Sosial Müdafiə Fonduna borcu olub-ol­maması barədə arayış.

4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 iyun 2021-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 14 iyun 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 16 iyun 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

9 May 2021 00:27 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə