Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənd Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

 

Tender 3 (üç) lot üzrə keçirilir.

Lot - 1. Cari təmir işləri üçün mal-materialların satın alınması.

Lot - 2. Maşın-mexanizmlərin ehtiyat hissələrinin satın alınması.

Lot - 3. Kollektor-drenaj şəbəkəsinin, suvarma kanallarının lildən təmizlənməsi və nasos stansiyasında elektrik avadanlıqlarının sazlanmasının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender. gov.az vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı hər lot üçün 100 (bir yüz) manatdır.

Xocavənd Suvarma Sistemləri İdarəsi

• H/h- AZ60C­TRE00000000000002354201

• VÖEN- 7900036821

• Adı- DXA

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T. Bik : CTREAZ 22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 (altımış) bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanlarından arayışlar;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların son üç ildə üzərinə gö­türdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması haqqında arayış;

- əsas şərtlər toplusunda göstərilən müvafiq sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.

İddiaçılar tenderlə bağlı sualları por­tal vasitəsilə satınalan təşkilata ünvan­laya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixti­sas göstəricilərinə aid sənədləri 3 iyun 2021- ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 11 iyun 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 iyun 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

9 May 2021 00:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə