Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmir Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

 

Tender 3 lot üzrə keçirilir.

Lot – 1. Təsərrüfatlararası və baş suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması.

Lot – 2. Suvarma kanallarının çay məcrasında tənzimləmə işləri və təsərrüfatdaxili suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınma­sı.

Lot – 3. “R-15” təsərrüfatlararası, “Topal Həsənli” beton kanallarının və üzərindəki qurğuların təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- İsmayılov Rauf Səftər oğlu , telefon- 050 3394559.

İştirak haqqı hər lot üçün 150 (bir yüz əlli) manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

• H/h- AZ48C­TRE00000000000002351701

• VÖEN- 5700115621

• Fond- 7/142330

• Bank- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

• Kod- 210005

• VÖEN- 1401555071

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (ten­der təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama­sı haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Lot - 3 üçün əlavə olaraq:

- müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün lisen­ziyaya və ya icazəyə malik olması.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yu­xarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 iyun 2021-ci il saat 15.00-a , tender təklifi və bank təminatını isə 30 iyun 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 1 iyul 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd - tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

9 May 2021 00:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə