Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Səhnədən səngərə” layihəsinə start verilib

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq olub işğalçını əzən, yurd yerlərimizi yağı tapdağından təmizləyib və səmamızı aydınladan Vətən övladlarının canı-qanı bahasına yazılan qəhrəmanlıq dastanı şanlı tariximizdir.

 

Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verib.

Qeyd edək ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

9 May 2021 00:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə