Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti dekorasiyanın hazırlanması və quraşdırılması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

 

Tender iştirakçılarına təklif edi­lir ki, dövlət satınalmalarının vahid https://www.etender.gov.az/ - internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki im­kanlara malik olmalıdırlar. Tenderdə iş­tirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bankın adı - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

M/h - AZ­37NABZ01350100000000001944

S.W.İ.F.Т. - АIIBАZ2X

Təşkilatın adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h - AZ11AI­IB33010019441102259111

VÖEN - 2000435761

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

- işlərin keyfiyyəti barədə zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ix­tisas göstəricilərinə aid sənədləri 4 iyun 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 14 iyun 2021-ci il saat 15.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 15 iyun 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tende­rin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

9 May 2021 00:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə