Ən son xəbərlər
Türkiyədə Dardanel boğazı gəmilərin hərəkəti üçün qeyri-müəyyən müddətə bağlanıb.
Trend-in məlumatına görə, boğazın bağlanmasına dair qərar qəbul edilməsinə ərazidəki sıx duman səbəb olub.
Dardaneldə gəmilərin hərəkəti yerli vaxtla saat 06:30-dan etibarən dayandırılıb. Boğazın nə vaxt açılacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Dardanel boğazı bu ilin may ayında da gəmilərin hərəkəti üçün bağlanmışdı.
Köhnə versiyamızdan xəbərləri izlə