Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, qüdrətli Azərbaycan Ordusunun yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qarabağ zəfərinin əldə olunmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda tədbir keçirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Baş Proku­rorluğun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək, onun unu­dulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən foto-guşəyə baxış olub.

Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolun­dan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, əbədiyaşar liderin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətləri diqqətə çatdırıb.

Xüsusi qeyd edilib ki, ümummilli lider Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək, milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olub.

Azərbaycanın, xüsusən də Qara­bağ bölgəsinin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndərin həmin dövrdə və SSRİ kimi fövqəlgücə malik bir dövlətin rəhbərliyində çalışdığı dönəmdə erməni millətçilərinin Dağ­lıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinin qarşısını qətiyyətlə aldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin İttifaqda gündən-günə artan nüfuzunu həzm edə bilməyən və onun fəaliyyətinə qısqanclıqla yanaşan ermənipərəst dairələrin təsiri altın­da olan sovet rəhbərliyinin antimilli hərəkətlərinə etiraz olaraq ulu öndərin vəzifəsindən istefa verməsi region­da siyasi qüvvələr nisbətinin sürətlə dəyişməsinə, xalqımızın ağır və məhrumiyyətli günlərlə, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qalmasına şərait yaradıb, son nəticədə erməni separatçıları tərəfindən əzəli torpaqları­mızın işğalına səbəb olub.

Bildirilib ki, 1993-cü ilin yayında xal­qın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş, müstəqil Azərbaycan dövlətini qurmaq missiyası­na “ömrümün qalan hissəsini də xalqı­ma bağışlayıram” söyləməklə başlayan dahi öndər böyük siyasi uzaqgörənliyi, nadir dövlətçilik zəkası ilə möhtəşəm Zəfərə aparan yolun təməlini qoymağa müvəffəq olub.

Dahi sərkərdə Heydər Əliyevin zamanında səsləndirdiyi bir çağırı­şı ilə yaranmış qüdrətli Azərbaycan Ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşı­sını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılması, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yorulmaz fəaliyyəti nəticəsində mötəbər beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair qəbul etdikləri qərar və qətnamələri hərbi-siyasi qələbəmizi şərtləndirən ən vacib amillərdən olması xüsusi vurğulanıb.

Qeyd edilib ki, Heydər Əliyevin öz xalqına ən böyük xidməti ölkənin davamlı strateji inkişaf konsepsiyası­nı müəyyənləşdirməklə yanaşı, onu özündən sonra yüksək peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regio­nun qabaqcıl dövlətinə çevirib, həyata keçirdiyi sistemli islahatlarla respubli­kamızın daimi tərəqqisini təmin edən, ulu öndərin özü qədər inanıb-güvəndiyi görkəmli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Ümummilli liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütöv­lüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qa­rabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər salnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinə, xalqı­nın milli maraqlarına dərindən bağlı olan ümummilli lider Heydər Əliyevin ölkəmizi böhrandan xilas edərək tərəqqiyə aparan yolun təməlini qoymaqla ərazi bütövlüyünün bərpası istiqamətində döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılma­sı və inkişafında misilsiz xidmətlərini qeyd edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgü­zarlığı ilə Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilib, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən tədbirlərlə əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad olunub.

Tədbirə yekun vuran Kamran Əliyev hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin həyata keçirilməsinə istiqamətləndirəcəyinə əminliyini bildirib.

9 May 2021 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə