Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə – ötən il noyabrın 6-da “BBC News”a müsahibəsində səsləndirdiyi fikirlər Çin ictimaiyyətinin çox böyük marağına səbəb olub.

Azərbaycan Preziden­tinin media orqanlarının bəzi ölkələrə qarşı saxta və qərəzli məlumatlar yay­ması barədə sözləri oxşar problemlə üzləşmiş Çində populyar sosial şəbəkələrdə, o cümlədən “Weibo”, “Wec­hat”, “Bilibili”, “Duoyin”də geniş müzakirə olunur və trendə çevrilib. “Jenmin Ji­bao”, “China Daily” qəzetləri, Çin Mərkəzi Televiziyası, Çin Beynəlxalq Radiosu, digər nüfuzlu media qurum­ları, milyonlarla izləyicisi olan bloqqerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin möv­zuya dair hissəsini sosial şəbəkələrdə paylaşıb­lar. Bu videonun həştəqi gün ərzində Çinin sosial şəbəkələrində ən populyar həştəqlərdən biri olub və bunun nəticəsində vi­deo təkcə “Weibo” sosial şəbəkəsində (“Twitter”in Çin alternativi) təxminən 35 milyon dəfə izlənilib və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı təxminən 8300 dəfə müzakirə açıblar. Yazılan şərhlərdə belə bir ümumi rəy var ki, aydın məntiqi və yüksək natiqlik məharəti olan Azərbaycan Prezidenti beynəlxalq münasibətləri və hüququ dərindən bilir. Bundan başqa, Çinin digər sosial şəbəkələrində həmin müsahibəyə aid yaradılmış müxtəlif həştəqlər də yüz minlərlə baxış sayı toplayıb.

Prezident İlham Əliyevin əsaslı arqumentlərlə səsləndirdiyi fikirlər demok­ratiyadan dəm vuranlara, insan haqları adı altında başqa ölkələrə təzyiq edənlərə tutarlı cavab olub. Azərbaycan Prezidenti­nin söylədiyi həmin fikirlər oxşar problemlə üzləşmiş ölkələrin ictimaiyyətinin demək istədiyi sözlər idi. Bu, həm də beynəlxalq miqyas­da praqmatik, cəsarətli və inamlı mövqeyi ilə tanınan Azərbaycan Prezidentinə dünyada göstərilən hörmətin və inamın təzahürü, həmçinin bu məsələnin qlobal önəm daşıdığının göstəricisidir.

9 May 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə