Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çörək sexində nöqsanlar aşkarlanıb

Ağstafa şəhəri, M.Ə. Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mahmudov Mirsənan Mirzakir oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Xalq qəzeti"nə verilən məlumatda bildirilir ki, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

8 May 2021 16:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə