Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda taxıl biçininə hazırlıq prosesi başlayıb

May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumatda bildirilir ki, bununla əlaqədar biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Qeyd edilib ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumilikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

8 May 2021 15:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 İyun 2021 | 09:37
Neft ucuzlaşıb
17 İyun 2021 | 09:21
AMB-nin valyuta məzənnələri
14 İyun 2021 | 12:25
Neft yenidən bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə