Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada daha bir radiokanalın yayımı təmin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası alan CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlanılıb.

Nazirlikdən “Xalq qəzeti"nə verilən məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

8 May 2021 15:09 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə