Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Dogecoin", "Bitkoin" və "Ethereum"un rekord bahalaşması müşahidə olunub

Dünyanın kriptovalyuta birjasında qiymət artımları yenidən bərpa olunub.

 

 "Xalq qəzeti" xəbər verir ki, əsas kriptovalyuta sayılan Bitkoin sutka ərzində 3% bahalaşaraq 57 800 dollara çatıb. Son bir həftə ərzində bitkoinin qiyməti demək olar dəyişməyib.

 

İkinci əsas kriptovalyuta olan Ethereum-un qiyməti isə rekordları təzələməkdədir. Hazırda Ethereum 35 dollardan bahadır. Son sutkada bahalaşma 2,5%, son həftə ərzində isə 24%-dən artıq olub. Qeyd edək ki, Ethereum-un rekord qiyməti mayın 6-da qeydə alınıb – 3582 dollar.g Ümumilikdə ilin əvvəlindən bəri Ethereum təqribən 5 dəfə bahalaşıb.

 

Kriptobazarın daha bir nümayəndəsi Ripple – 1,59 dollar qiymətində sabitləşib. Son suvtkada və həftə ərzində onun qiyməti demək olar dəyişməyib.

 

Əvəzində İlon Mask-ın sevimlisi – Degocoin son bir həftədə ikiqat bahalaşaraq 72 sentə yaxınlaşıb – son qiymət 71,77 sent. Dogecoin sutka ərzində 24%, son bir həftədə isə 100% bahalaşıb. Nəticədə onun kapitallaşması iki dəfə artaraq Ripple-ni geridə qoyub.

 

Bazarda ən etibarlı koinlərdən olan Binance Coin isə 620-630 dollar ətrafında sabitləşib, hazırki qiymət 626 dollardır.

 

Ümumiyyətlə son sutka ərzində ən çox bahalaşan koinlər banlkrdır: BakeryToken (34,5% bahalaşmadan sonra hazırki qiymət 7,04 dollardır), «Horizen ZEN» (bahalaşma 32,3%, qiymət 162 dollar), «Bitcoin Diamond» (BCD) (bahalaşma 27,1%, hazırki qiymət 8,04 dollar), «Dogecoin» DOGE (bahalaşma 24%, son qiymət 71,8 sent), «Fantom» (FTM) – (bahalaşma 20,55%, hazırki qiymət 87,2 sent).

8 May 2021 16:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 İyun 2021 | 09:37
Neft ucuzlaşıb
17 İyun 2021 | 09:21
AMB-nin valyuta məzənnələri
14 İyun 2021 | 12:25
Neft yenidən bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə