Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci sinfə şagird qəbulu üzrə elektron portal bayram günlərində işləməyəcək

Bayram günləri ərzində birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) fəaliyyət göstərməyəcək.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək bağlı olacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

8 May 2021 14:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə