Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

90 min ton zeytun istehsalı proqnozlaşdırılır

Bu il İranda əlverişsiz hava şəraitinə baxmayaraq 90 min ton zeytun istehsalı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, İranın Milli Zeytun Şurasının üzvü Nadir Cəlalət deyib ki, Gülüstan, Simnan və mərkəzi vilayətlərdə soyuq hava şəraiti, Fars vilayətində isə quraqlığın olmasına baxmayaraq, ötən illə müqayisədə zeytun istehsalında o qədər də azalma olmayacaq.

O əlavə edib ki, ötən il istehsal olunan 90 min ton zeytunun 60-70 min tonu konservə, qalanı isə zeytun yağına ayrılıb. Bu il isə məhsulun 50 faizinin zeytun yağı istehsalına ayrılacağı proqnozlaşdırılır.

                                                                     

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Noyabr 2018 14:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə