Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərbəst güləşçimiz bürünc medal qazanıb

Sərbəst güləşçimiz Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya Olimpiya təsnifat turnirində bürünc medal qazanıb.

 

"Xalq qəzeti" xəbər verir ki, turnirində 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib.

 
Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekovu məğlub edib. Təmsilçimiz növbəti görüşündə Boris Makoyevə (Slovakiya) məğlub olub. Təmsilçimiz mayın 7-də üçüncü yer uğrunda görüşdə Tapani Heynoya (Finlandiya) qalib gələrək turnirin bürünc medala sahib olub.

 

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

8 May 2021 09:39 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə