Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mbappeni Salah əvəzləyə bilər

Çempionlar Liqasının yarımfinalında “Man­çester Siti”yə uduzaraq (ümumi 4:1) turnirlə vidalaşan Fransanın PSJ klubunun əsas futbolçu­larından biri olan Kilian Mbappenin komandada qalıb-qalmayacağı sual altına düşüb. Bunu nəzərə alan Paris təmsilçisi artıq “B” planını hazırlayıb. Belə ki, paytaxt klubu fransalını “Liverpul”un misirli ulduzu Məhəmməd Salahla əvəzləməyə hazırlaşır. 28 yaşlı forvardın da “mersisaydlılar”ın heyətində qalmağa müsbət yanaşmadığı yazılır. PSJ Salah üçün "Liverpul"a 80 milyon avro təklif etməyə hazırlaşır. Klub Mbappenin satışından isə 110 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

8 May 2021 08:29 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə