Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyə Qərbi Balkanlarda sabitləşdirici rol oynayır”

 

 

Bosniya-Herseqovinanın xarici işlər naziri Bisera Tur­koviç paytaxt Sarayevoda Türkkiyənin xarici işlər na­ziri Mövlud Çavuşoğlu ilə keçirdiyi müzakirələrdən sonra birgə mətbuat konfransında Ankaranın regionda və dünyada nüfuzunun artdığını qeyd edib. Bu barədə “Ana­dolu” agentliyi məlumat yayıb.

B.Turkoviç vurğulayıb ki, ölkəsinin strateji tərəfdaşı olan Türkiyə faktiki olaraq Qərbi Balkanlarda konstruktiv və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, iki ölkə arasın­da siyasi, iqtisadi, mədəni və hərbi əlaqələr gücləndirilir və bu amil Bosniya-Heseqovinanı daha güclü olmasına müsbət təsir göstərəcək.

B.Turkoviç sonra məmnunluq hissilə vurğulayıb ki, rəsmi Ankara Bosniya-Herseqovinanın ərazi bütövlüyünü və rəsmi Sarayevonun Avropa İttifaqına və NATO-ya üzlük cəhdlərini dəstəkləyir.

Mövlud Çavuşoğlu, öz növbəsində razılıq hissilə iki ölkə arasında bir sıra sahələrdə sıx əlaqələrin davamlı olaraq gücləndiyini bildirib. Qeyd edib ki, Ankara Bosniya-Her­seqovinaya suverenliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Xatırladaq ki, 1990-cı illərdə keçmiş Yuqoslaviyanın parça­lanmasından sonra bir sıra yeni dövlətlər yaranmışdır. Lakin bu ölkələr arasında ərazi iddiaları, eləcə də etnik zəmində müəyyən problemlər və gərginliklər davam edir. Bir sıra ölkələr Bosniya və Herseqovinaya qarşı bəzən əsassız ərazi iddiaları səsləndirirlər. Bu günlərdə ABŞ və Avropa İttifaqının rəhbərliyi

Bosniya-Hersoqovinanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

Yeri gəlmişkən, dünən Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu Qərbi Balkanlarda yerləşən digər bir ölkəyə – Sloveniyaya səfər edərək bu ölkədəki həmkarı ilə bir çox regional məsələləri müzakirə edib.

M.HACIXANLI, “Xalq qəzeti”

8 May 2021 08:23 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə