Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

G-7 ölkələri Çini beynəlxalq sistemdə fəal iştiraka çağırıblar

 

“Yeddilik qrupu” (G-7) ölkələrinin xarici işlər nazirləri Londonda keçirdikləri görüşdə Çini beynəlxalq hüquq normalarına əməl etməyə və qlobal çağırışlara qarşı birgə mübarizəyə qoşulmağa çağırıblar. Məlumatı “İnterfaks.ru” verib.

G-7 ölkələri xarici siyasət idarələri başçılarının bunun­la bağlı qəbul etdikləri birgə bəyanatda bildirilir: “Biz böyük dövlət olan və qabaqcıl texnoloji potensiallı iqtisadiyyata ma­lik Çini normalara əsaslanan beynəlxalq sistemdə fəal iştirak etməyə çağırırıq”.

XİN başçıları bəyan ediblər ki, iqlim dəyişiklikləri, bioloji müxtəlifliklərin ixtisarı və COVID–19 pandemiyasından sonra iqtisadiyyatın bərpası kimi problemlərin həlli dünyanın böyük dövlətləri üçün ümumi maraqlar deməkdir.

Görüş iştirakçıları, eyni zamanda, Çini “insan hüquqlarına əməl etməyə” çağırıblar. Bu zaman “Honkonqda demokratik seçki hüququ”nun pozulmasına və kiberhücumlarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib: “Biz Çini kiberməkanda özünü məsuliyyətli aparmaqla bağlı öhdəliklərinə əməl etməyə, o cümlədən, intellektual mülkiyyətin oğurlanmasın­dan, yaxud bu cür hüquq pozuntularının kibertexnologiyalar vasitəsilə dəstəklənməsindən çəkinməyə çağırırıq”.

“Yeddilik qrupu” ölkələri xarici siyasət idarələri rəhbərlərinin London görüşündə Çin, demək olar ki, əsas müzakirə mövzu­su olub. ABŞ-ın dövlət katibi Entoni Blinken və Böyük Brita­niyanın xarici işlər naziri Dominik Raab görüşdə iştirak edən həmkarlarını Çin Xalq Respublikası tərəfdən gələn çağırışlar qarşısında birləşməyə dəvət edib. Təşkilatın digər ölkələrdən olan nümayəndələri də çıxışlarında qeyd ediblər ki, London və Vaşinqtonun Çinlə bağlı narahatlıqlarını bölüşürlər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

8 May 2021 08:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə