Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvar Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDIR

 

Tender 5 (beş) lot üzrə keçiriləcəkdir.

Lot -1. Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması.

Lot -3. Tikinti obyektlərinin cari təmirinə lazım olan mal-materialların satın alınması.

Lot -5. Avtonəqliyyat vasitələrinin cari təmirinə lazım olan ehtiyat hissələrinin satın alınması.

Lot-9. Çay məcralarının (Bolqarçayın) lildən təmizlənməsi işlərinin satın alınması.

Lot-10. Elektrik nasos stansiya­larında sazlama işlərinin, hidrotex­niki qurğuların və nasosların cari təmirinə istifadə ediləcək ehtiyat hissələrinin satın alınması .

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.Əlaqələndirici şəxs – Qəhrəmanov Heydər Elqərib oğlu.

Ünvan: Biləsuvar rayonu, Babək küçəsi 5.

E-mail: [email protected]

Telefonlar – (02529) 5-00-33; (02529) 5-19-96.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər top­lusu Azərbaycan dilində hazırlan­mışdır) tenderdə iştirak üçün elekt­ron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

• H/h-AZ95CTRE00000000000002352601

• VÖEN-4100023151

• Bank- DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ

• VÖEN- 1401555071

• Kod- 210005

• M/h- AZ37NABZ01350100000000001944

• S.W.İ.F.T: BIK CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haq­qında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podrat­çının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

4.2. Malgöndərənin (podratçı­nın) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

4.3. Malgöndərənin (podrat­çının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da müvafiq vergi orqanlarından arayışlar.

Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış.

Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış.

4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifi­katları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 23 iyun 2021-ci il saat 17.00-a kimi tender komissiyası­na dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 iyul 2021-ci il saat 17.00-a qədər elektron por­tal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınal­malarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 5 iyul 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

8 May 2021 07:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə