Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDIR

 

 

Tender 2 (iki) lot üzrə keçiriləcəkdir.

Lot-_3_. Nasosların , hidrotexniki qurğuların təmiri üçün avadanlıq və ehtiyat hissələrin satın alınması.

Lot -4_. Nasosların aqreqatlarının (1200V-6,3/63- 2 ədəd və D-5000-32 – 3 ədəd) təmiri və sazlanması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Nəsibov Nizami Yusif oğlu.

Ünvan-Şəmkir rayonu, Seyfəli kəndi.

[email protected] Telefon- 050- 645- 06 -52.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN-1401555071

• Kod- 210005

• M h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T- CTREAZ22

• Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi

• Hh- AZ39C­TRE00000000000002353803

• VÖEN- 8501095811

Əlavə qeyd-Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin xüsusi hesabı

BSK-7 depozit və tapşırıqlar (mərkəzi)

BTK-142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

1. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

2. Bu sənədlərə aşağıdakılar daxildir:

3. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

4. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanlarından arayışlar.

Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları,lazımi texniki imkanlarının olması barədə rəsmi arayış.

Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış.

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 3 iyun 2021-ci il saat 10.30-a kimi tender komissi­yasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 13 iyun 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 14 iyun 2021-ci il saat 10.30-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

8 May 2021 07:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə