Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkı elmin kommersiyalaşdırılmasına dəstək verir

 

Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ölkəmizdə elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasında yaxından iştirak edir. Texnoparkın fəaliyyətinin prioritet istiqamətlərindən biri “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”na uyğun olaraq elmi müəssisələr ilə əməkdaşlığı artırmaq və elmin kommersiyalaşmasına dəstək verməkdir.

AMEA Yüksək Tex­nologiyalar Parkından aldığımız məlumata görə, hazırda AMEA institutlarının əməkdaşlarının müəllifi oldu­ğu kommersiya potensiallı ix­tira patentlərinin texnoparkda reallaşdırılması həyata keçi­rilir. Bu institutların sırasında akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri İnstitutu, Torpaqşünaslıq və Aqrokimya, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Polimer Materialları, Dendro­logiya və Botanika institutları yer alıb.

Texnoparkda qeyd olunan institutlarda aparı­lan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, polimer, epoksid kompozisiyaları, dərman preparatları, bir çox xəstəliklərin profilakti­kası üçün vasitələr, kimyəvi maddələrin alınması üsulları ilə bağlı patent layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

Qeyd edək ki, bu dəstəyin daha da artırıl­ması, AMEA-nın institut­larının patentləşmiş elmi nailiyyətlərinin kommersi­yalaşdırılması, marketinq tədqiqatlarının aparılması, biznes planının hazırlanması, texnoloji transferin həyata keçirilməsi, investor və ya tərəfdaşların tapılması məqsədilə YT Parkda sahəvi (elmi bölmə) və ya institutlar üzrə işçi qrupun yaradılması nəzərdə tutulur.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

8 May 2021 08:11 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə