Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair-tərcüməçi Akif Əhmədgil beynəlxalq ədəbi mükafata layiq görülüb

 

 

Azərbaycan Yazıçılar Birliyindən aldığımız xəbərdə bildirilir ki, istedadlı şair və tərcüməçi Akif Əhmədgil Qazaxıstan Respublikasının “Alaş” beynəlxalq ədəbi mükafatına layiq görülüb.

Türk dünyasının bu nüfuzlu mükafatı Azərbaycan şairinə dünya şöhrətli qazax şairi və ictimai xadimi, Azərbaycanın böyük dostu Oljas Süleymenovun Bakıda çap olunmuş “Tanrının təbəssümü” (2016) və Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi” kitablarında toplanmış şeirlərin tərcüməsinə görə verilib. Akif Əhmədgil bu mükafatın Azərbaycan–Qa­zaxıstan dostluğunun və qardaşlığının daha bir təzahürü olduğunu söyləyib və qardaş ölkənin “Alaş” beynəlxalq ədəbi mükafatının təsisçilərinə onun zəhmətinə verilən qiymətə görə minnətdarlığını ifadə edib.

Akif Əhmədgil əlavə edib ki, uzun illərdən bəri dostluq etdiyi böyük qazax şairi Oljas Sü­leymenovla yaradıcılıq əlaqələrini bu gün də davam etdirir və onun yeni şeirlərini vaxtaşırı tərcümə edib Azərbaycan oxucularına çatdı­rır. Qardaş ölkənin nüfuzlu mükafatı isə onu qaxax poeziyasının ən yaxşı nümunələrini bundan sonra daha çox dilimizə çevirib çap etdirməyə həvəsləndirir.

R.TAHİR, “Xalq qəzeti”

8 May 2021 08:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə