Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib

Mayın 7-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib.

 

XİN-in Mətbuat Xidməti İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, sərgidə Xarici İşlər Nazirliyinin nümayəndələri, ADA Univer­sitetinin prorektoru Fariz İsmayılzadə, Fransanın “Fransa Xatirələri” Cəmiyyətinin Azərbaycandakı baş nümayəndəsi Aleksandr Vattin, Azərbaycan-Fransa Universite­tinin direktoru Vazeh Əsgərov və Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov çıxış ediblər.

Çıxış edənlər Əhmədiyyə Cəbrayılovun həyat yolu, onun İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatında nümayiş etdirdiyi qəhrəmanlıq, Azərbaycan- Fransa əlaqələrinə verdiyi töhfədən bəhs ediblər.

Fransanın “Fransa Xatirələri” Cəmiyyətinin Azərbaycandakı baş nümayəndəsi Aleksandr Vattin İkinci Dünya müharibəsindən sonra Əhmədiyyə Cəbrayılovun təltif olunduğu, lakin sağlığında ona verilməyən orden və medalları onun ev muzeyində saxlanması üçün oğlu Cavanşir Cəbrayılova təqdim edib.

Tədbir çərçivəsində Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi tərəfindən dərc etdirilmiş “Əhmədiyyə Cəbrayılov 100” adlı kitab tədbir iştirakçılarına təqdim olunub.

Sonda iştirakçılar Əhmədiyyə Cəbrayılova dair fotomateriallardan hazırlanmış sərgiyə baxış keçiriblər.

 

8 May 2021 08:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə