Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə və Şəkidə əyani tədris həftədə 5 dəfə olacaq

Mayın 17-dən etibarən Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

7 May 2021 20:17 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə