Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ silahlı bölmə yaradır

Avropa komissiyası İttifaqın operativ silahlı qüvvələrinin yaradılması barədə təklif hazırlayıb.

 

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel məlumat verib.

 

“Biz daha hazırlıqlı olmalıyıq. Bu səbəbdən də fövqəladə hallar zamanı operativ reaksiya göstərə bilən silahlı bölmələrin yaradılmasına ideyasına qayıtmışıq”, - deyə o bildirib.

 

Qeyd olunub ki, operativ silahlı qüvvələrinin yaradılması təklifi Aİ müdafiə nazirlərinin iclası zamanı əsas müzakirə mövzularından biri olub. Nazirlər beş min nəfərlik silahlı bölmənin formalaşdırılması ideyası ətrafında fikir mübadiləsi aparıblar.

 

Hazırda bu təklifin 14 Avropa dövləti, o cümlədən də Almaniya və Fransa tərəfindən dəstəkləndiyi bildirilib.

7 May 2021 18:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə