Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avtomobil sənayesinin itkiləri iki dəfə artıb

Dünya bazarlarında ötən ilin sonundan yarımkeçiricilərə olan çatışmazlıq bu gün də davam edir. Bu isə, öz növbəsində, avtomobil istehsalına mənfi təsir göstərir.

 

"Xalq qəzeti" xəbər verir ki, “Oxford Economics” beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə, əgər əvvəllər bu problem səbəbindən dünya avtomobil istehsalının 1 mln. avtomobil azalacağı göstərilirdisə, cari ilin birinci yarısında azalma 2 mln. və ya 2,3% təşkil edə bilər.

 

Qlobal bir yarımkeçirici çatışmazlığı beynəlxalq tədarük zəncirlərini pozdu və bu tendensiya ilin sonunadək davam edəcək. Avtomobil istehsalçıları, sektor üçün mikrosxemlərin çatışmazlığının ilin ikinci yarısına qədər qalacağını bildiriblər.Aparıcı avtomobil konsernlərinin hər biri istehsalı 100-400 min arası azaldır. Birinci rübün nəticələrinə nəzərə almaqla, dünyada gözlənilən 84,6 mln. illik avtomobilin istehsalından 1 mln. avtomobil istehsal olunmayacaq.

7 May 2021 17:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 İyun 2021 | 10:46
Təbii qaz ucuzlaşıb
19 İyun 2021 | 09:37
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə