Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brembo LED işıqlandırması olan əyləc supportlarını hazırlayıb

Brembo şirkəti əyləc texnologiyası sahəsində tanınmış dünya lideridir, lakin şirkətin yeni G Sessanta support konsepsiyası sizə bir qədər qəribə görünə bilər.

 

"Xalq qəzeti" xəbər verir ki, yeni supportların maraqlı xüsusiyyəti - onların LED işıqlandırmaya malik olmasıdır. Üstəlik, nəqliyyat vasitəsinin sahibi işqlandırmanın rəngini smartfonundakı tətbiq vasitəsi ilə dəyişdirə bilər. Aşağıda dərc etdiyimiz videoçarxda baykda quraşdırılmış G Sessanta supportlarını görmək olar. Lakin Brembo şirkətindən yeni texnologiyanı avtomobillərdə də tətbiq etmək imkanının olduğu bildiriblər.

 

Brembo şirkəti dəbli supportlar üzərində çoxdan işləyir.  Şirkət 2019-cu ildə Cenevrə avtosalonunda naxışlarla bəzədilmiş supportları nümayiş etdirmişdi. Naxışların arasında arqayl, narıncı kamuflyaj, neon hərflər, yarpaqlar, Kit Harinqin naxışları, gepard və əjdaha təsvirləri də var idi.

7 May 2021 16:17 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə