Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) yeni vəzifə təyinatı olub.

YTP-dən “Xalq qəzeti”nə verilən məlumata görə, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur Nəhmətov YTP-nin icraçı direktoru təyin olunub.

Zaur Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

7 May 2021 15:14 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə