Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST Agentliyi 142-Çağrı mərkəzi ilə bağlı narazılığa aydınlıq gətirib

“Karantin vaxtı DOST mərkəzləri fəaliyyət göstərsə belə, Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin vətəndaş qəbulu aparılan digər şəhər-rayon qurumları yerində vətəndaş qəbulu aparmadığına görəvətəndaşlar məcburi olaraq 142 -Çağrı mərkəzinə zəng edirdilər”.

"Xalq qəzeti" xəbər verir ki, bunu ƏƏSMN-in “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib. Onun sözlərinə görə, ona görə də zənglərin sayında artım olur, növbədə gözləmələr çoxalırdı: “Həmçinin yoluxma bizdən də yan keçmədi, yəni Çağrı mərkəzinin əməkdaşları da müəyyən müddətdə virusa yoluxdular. Ona görə işçi sayında da azalma baş verdi, müraciətlərin sayı da çoxaldı. Ona görə də obyektiv olaraq növbədə olanların narazılığı artdı. Biz bunun qarşısını almaq üçün müəyyən addımlar atırıq. Çağrı mərkəzi artıq 4 saylı DOST mərkəzində yerləşir. Əvvəl bizim mərkəzin binasında yerləşən Çağrı mərkəzində cəmi 45 operator yeri var idisə, 4 saylı DOST mərkəzində 100 operatorluq yer təşkil etmişik. Mütəmadi olaraq Çağrı mərkəzinin fəaliyyətini monitorinq edirəm. Dünən baxdığıma görə, növbədə gözləyənlərin maksimum sayı 20-25-i keçmir. Bu da işçilərin yarısının nahar fasiləsinə çıxdıqları vaxt olur. Artıq gün ərzində 4000-ə yaxın zəng cavablandırılır”.

7 May 2021 12:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə