Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada son sutkada 847 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 847 537 nəfər koronavirusa yoluxub, 14 777 nəfər ölüb.

"Xalq qəzeti" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 154 815 600 yoluxma hadisəsi, 3 236 104 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 58 faizdən çoxu Cənub-Şərqi Asiyanın (432 620) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (197 431) ilə Avropa (152 293) bölüşür.

7 May 2021 10:16 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə