Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETSN: Boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər

Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

7 May 2021 09:00 - EKOLOGİYA
EKOLOGİYA
17 İyun 2021 | 16:48
Güclü külək əsəcək
10 İyun 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
9 İyun 2021 | 18:13
Sabahın HAVA PROQNOZU
8 İyun 2021 | 18:02
Sabahın HAVA PROQNOZU
7 İyun 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
5 İyun 2021 | 16:34
Sabahın HAVA PROQNOZU
3 İyun 2021 | 18:19
Sabahın HAVA PROQNOZU
2 İyun 2021 | 18:46
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə