Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Açıq səma altında muzeylərin yaradılmasına Ağdamdan başlanacaq

Erməni vandalları işğal olunmuş ərazilərimizi bərbad günə qoyublar. Şəhərlərimiz, kəndlərimiz yerlə-yeksan edilib, bütün infrastruktur da­ğıdılıb. Cənab Prezident bildi­rib ki, biz bütün ərazilərimizi bərpa edəcəyik. Amma erməni vəhşiliyinin gələcək nəsillərə çatdırılmıası üçün açıq səma altında muzeylər də yaradılacaq. Dövlət başçı­sı yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə demişdir:

 

“Şəhərlər bərpa olunarkən, hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi”.

Prezident İlham Əliyev bildirib ki, memori­al komplekslərlə, bizim zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradıl­malıdır. İndidən bu muzeylərin konsepsiyasını işləyin. Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunma­lıdır. Eyni zamanda, hər bir şəhərin, hər bir rayonun öz təqdimatı orada göstərilməlidir ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.

Artıq işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına başlanılıb. Abadlıq-quruculuq işləri çərçivəsində maddi mədəniyyət abidələrinin bərpası, muzeylərin yaradılması istiqamətində də layihələrin həyata keçirilməsi planlaşdırılır.

Belə muzeylərin yaradılması tariximizin təbliği baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, Qarabağ bölgəsində yaradılacaq muzeylərin təşkili müxtəlif istiqamətlərdə həyata keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilmişdir ki, dağıdı­lan şəhərlərin bəzi əraziləri heç bir müdaxilə edilmədən hasara alınaraq muzeyə çevilməsi nəzərdə tutulur. Düşməndən əldə edilən qənimətlər də burada saxlanılaraq gələcək nəsillərə nümayiş etdirilə bilər. Həmçinin qismən salamat qalan tarixi abidələr müəyyən olunmalı, inventarlaşdırılıb muzey halına gətirilməlidir. Dini abidələri də qeydiyyata alıb muzeyə çevirmək olar. Bu prosesdə ilk olaraq abidə komplekslərinə üstünlük verilməlidir. Son mərhələ isə artıq infrastruktur yaradılan rayon­larda muzey binalarının tikilməsi və dağıdılan abidələrin bərpa olunması həyata keçirilməlidir.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik. Birinci Ağdamdan başlayırıq. Prezidentin də elan etdiyi kimi, Ağdamda açıq səma altında işğal muzeyinin layihələndirilməsi həyata keçirilir. Beynəlxalq ekspertləri də bu sahəyə cəlb etmişik. Məqsədimiz ondan ibarətdir ki, insanlar bu muzeylərdə dağıntıların miqyasını görə bilsinlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

7 May 2021 01:18 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə