Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş Assambleyasında Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verilib


“Soyqırımı” faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir. “Anadolu” agentliyinin verdiyi məlumata görə, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Ermənistanın BMT-dəki daimi nümayəndəsinin “erməni soyqırımı” məsələsinin müzakirəyə çıxarılması cəhdinin qarşısını alaraq bildirib ki, iclas Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Gününə həsr olunub.
Diplomat soyqırımının 1948-ci ildə BMT-nin Soyqırımı Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında xüsusi olaraq müəyyən edilmiş bir cinayət olduğunu xatırladıb.
Volkan Bozkır vurğulayıb ki, konvensiyada soyqırımının nə olduğu və bunun necə müəyyən edildiyi açıq şəkildə qeyd olunub: “Konvensiyaya görə, soyqırımı cinayəti səlahiyyətli məhkəmə orqanı tərəfindən müəyyən edilməlidir. Başqa sözlə, hadisəni soyqırımı kimi qiymətləndirmək üçün səlahiyyətli beynəlxalq tribunal müvafiq qərar verməlidir.
“Xalq qəzeti”

7 May 2021 01:04 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə