Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin gerçəkləşən arzuları

Bütün zamanlarda müdrik rəhbərlərin əsas məqsədi qurmaq və yaratmaq, öz xalqının yaşam keyfiyyətini yaxşılaşdır­maq, insanların arzu və istəklərini həyata keçirmək olub. Bu amala xidmət edən hər bir şəxs əbədi ömür qazanıb, həm də əməlləri təkcə xatirəyə dönməyib, eyni zamanda, əbədiyaşar və ölməzlik mahiyyəti daşıyıb. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi müdrik rəhbəri olub. Bax, elə buna görə də bu gün qürur hissi ilə, fəxrlə deyə bilirik: “Biz müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq!”

 

Xalq o zaman böyük hesab oluna bilər ki, onun əqli, fiziki sağlamlığı ilə mənəvi-əxlaqi səviyyəsi eyni dərəcədə və eyni ahənglə inkişaf etsin. Bu bərabərliyi və harmoniya­nı yaratmaq, əhəmiyyətli nəticələr əldə etmək üçün isə xalqın müdrik rəhbərinin olması əsas şərtdir. Özü də o rəhbərin bütün həyatı, ener­jisi, gücü, iradəsi, zəkası, qəlbi, düşüncələri və arzuları xalqının ürəyincə olmalıdır, xalq ona inanmalı və onu özünə ulu öndər kimi qəbul etməlidir. Bax, bu mənada xalqımız ona görə xoşbəxtdir ki, bəxtinə və taleyinə Heydər Əliyev kimi tarixi şəxsiyyət düşüb və o da öndərliyə yaraşan bütün yüksək fəzilətləri ilə xalqının əbədi sevgisini qazana bilib.

Mən doxsanıncı illər nəslindənəm və ulu öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışının, müstəqilliyimizin ilk illərində necə ağır böhranlar içərisində yaşadı­ğımızın, həyatımızın ağrı-acılar, sarsıntı və məhrumiyyətlər, faciəli hadisələr, qan-qadalar içində çaba­ladığının şahidi olmuşam. O çətin və son dərəcə ağrılı günləri gözlərim önünə gətirdikcə indi də heyrətlə özümə sual verirəm: görəsən, o zamanlar Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dərd-sər, xaos, zillət, məşəqqət və məhrumiyyətlər yaşa­mış xalqın başına daha nələr gələ bilərdi?!. Xalqın Qarabağ boyda yarası sızlayan, torpaqlarımızın 20 faizindən çox hissəsi düşmən tapdağında olan, bir milyondan artıq qaçqın-köçkünün ah-naləsi yeri-göyü titrədən, saysız-hesabsız insanlar ağır güzəran yaşayan, nəhayət, xarici və daxili düşmənlər Azərbaycanı bir dövlət kimi yox, hansısa ölkənin xırda əyaləti kimi görən bir zamanda nədən Heydər Əliyev öz həyatını böyük təhlükə altına qoyub hakimiyyətə qayıtdı?!. Bunun bir cavabı var: yalnız öz xalqını canından əziz tutan, “el bilir ki, sən mənimsən!”,– deyən müdrik və uzaqgörən şəxsiyyət bunu edə bilərdi! Çünki Azərbaycan onun həyatı idi, o Azərbaycanla, onun gələcəyi və arzuları ilə nəfəs alırdı.

İndi mənə gün kimi aydındır ki, o illər Heydər Əliyev üçün Azərbaycan və Azərbaycan xalqının arzula­rı necə böyük, necə möhtəşəm məna daşıyırdı. Bu gün mən onun uzaqgörənliyinin, müdrikliyinin, məqsəd və amallarının, arzu və istəklərinin nəticələrinin şahidiyəm: hər şey ulu öndərin düşündüyü, planlaşdırdığı və arzuladığı kimi baş verir. Bəlkə də ötən əsrin doxsanın­cı illərində çoxumuz bunun fərqinə varmamışıq. Bəlkə də insanların əksəriyyəti ağlına belə gətirmirdi ki, zaman gələcək, Heydər Əliyevin müdrik planlarının və məqsədlərinin əslində nədən ibarət olduğunu anla­yacaq, qürur duyacaq, Zəfər sevincini yaşayacaq! Bu gün qələbə sevincinə köklənən ovqatımızın əsl səbəbkarı da odur – ulu və müdrik Heydər Əliyev!

Həqiqətən də nələr, hansı hadisələr baş verdi Azərbaycanda? Necə oldu ki, ulu öndərin arzuları, planları, ali məqsədləri həyata keçdi? Əgər ümummilli liderdən sonra onun layqili davamçısı İlham Əliyevin siyasi iradəsi, diqqəti, xalqı anlaması və dinləmək bacarığı, daxildə və xaricdə təmasda olduğu insanlarla dəqiq, aydın, konkret diplomatik danışmaq bacarığı, problemin əsl səbəbini tap­maq, onu çözmək qabiliyyəti, lazım gəlmədiyi məqamda öz şəxsi fikrini deməmək, cəsarətli və mərhəmətli olmaq, torpağını, xalqını, Vətənini, dövlətini, ailəsini, dinini sevmək istedadı... olmasaydı, indiki fərəhli həyatımız da olmazdı. Prezident İlham Əliyev dahi şəxsiyyətin arzuları­nı gerçəkləşdirdi. Cənab İlham Əliyev ulu öndərin canından çox sevdiyi Azərbaycanı dirçəltdi. Azərbaycan yeniləşən dünyada öz sözünü deməyi bacardı. Azərbaycan XX1 əsrin sürətlə qloballaşan dinamik ahənginə qoşuldu.

Azərbaycan bundan sonra da gələcəyə ümid-inamla irəliləyəcək, dünynın başının üstünü almış dəhşətli pandemik situasiyadan da az itkiylə çıxacaq, çünki buna bizim bütün imkan və əzmimiz yetəcək.

Yenə ulu öndərin məşhur sözləri yadıma düşür: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublika­sının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm!”. Mən isə bu gün fəxrlə deyirəm: Ulu öndərin bu həyat manifesti yenə də etibarlı əllərdədir! Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan hər bir addım uğurludur! Onun nəyi, nə vaxt etmək və necə etmək istedadı göz önündədir.

Milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında, səbr və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, xalqın birliyindən, gücündən qaynaq­lanan milli təfəkkürü, bəşəri və qlobal baxışları cənab İlham Əliyevin hələ bundan sonra da möhtəşəm proq­ram və layihələrinin uğurla həyata keçiriləcəyindən xəbər verir.

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı

7 May 2021 01:00 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə