Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Odriskol: Faşizmin izləri insanı dəhşətə gətirir

 

İnsan övladı belə vəhşilik törədə bilməz. Belə vəhşiliyi törədənlərə insan demək olmaz. Heç cür anlaya bilmirəm ki, bu vəhşiliyi insan törədib. Faşizmə rəğbət bəsləyənlər insan deyillər.

 

Bu sözləri Fransanın əhalisi faşistlər tərəfindən amansızlıqla qətlə yetirilən Oradur-sür-Qlan qəsəbəsinin ziyarətçisi Mariya Odriskol AZƏRTAC-a müsahibəsində söyləyib.

O qeyd edib ki, dünyada faşizmin səbəb olduğu cinayətlərin misli-bərabəri yoxdur. Buradakı vəhşiliyin miqyasını təsəvvür edə bilmirəm. Müasir dövrdə də faşist ideolo­giyasına xidmət edənlər mütləq cəzalarını almalıdırlar.

“Qəsəbədəki yandırılmış evləri görəndə deməyə söz tapmadım. Faşizmin izləri insanı dəhşətə gətirir. Burada hər tərəfdən qəm, qüssə, kədər yağır”, – deyə M. Odris­kol bildirib.

Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri

Oradur-sür-Qlan

7 May 2021 00:40 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə