Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb

Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.

 "Xalq qəzeti" xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edərək bürünc medal qazanıb. Beləliklə, komandamız turnirdə ilk medalını əldə edib.

Qeyd edək ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yetmiş doqquz ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.

6 May 2021 21:32 - İDMAN
İDMAN
20 İyun 2021 | 00:35
Dünyanın ən populyar adamı
19 İyun 2021 | 01:02
UEFA-nın açıqlaması
19 İyun 2021 | 00:42
Hollandiya pley-offda

Köhnə versiyamızdan xəbərləri izlə