Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar vatsap hesabından cavablandırılacaq

Vətəndaşlar Təhsil Nazirliyinin (+994) 51 206 78 48 nömrəli vatsap hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər.

 

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, məqsəd müsabiqənin sənəd qəbulu zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

 

Xatırladaq ki, mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqənin elektron sənəd qəbulu mayın 16-dək keçiriləcək.

 

Müəllimlər müsabiqədə iştirak üçün www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

 

Müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

6 May 2021 19:49 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə