Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa təsnifat turnirində Azərbaycanı 3 taekvondoçu təmsil edəcək

Mayın 7-də Bolqarıstanda taekvondo üzrə Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri start götürəcək.

 "Xalq qəzeti" xəbər verir ki, paytaxt Sofiyada təşkil ediləcək yarışda Azərbaycanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə üç idmançı təmsil edəcək. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev gücünü sınayacaq. Qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

Yarışlar mayın 8-dək davam edəcək.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

6 May 2021 15:39 - İDMAN
İDMAN
20 İyun 2021 | 00:35
Dünyanın ən populyar adamı
19 İyun 2021 | 01:02
UEFA-nın açıqlaması
19 İyun 2021 | 00:42
Hollandiya pley-offda

Köhnə versiyamızdan xəbərləri izlə