Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemi təkmilləşdirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşlar üçün istifadə rahatlığı parametri üzrə daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

TKTA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilmələri üçün www.taninma.az keçidi istifadəyə verilib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

6 May 2021 15:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə