Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.Belə ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin sadələşdirilməsi nəzərdə tutulub.

"ASAN xidmət"dən verilən məlumata görə, həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalının yaradılmasına start verib.

Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir.

Bu məqsədlə Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq müvafiq işlərin görülməsinə start verilib. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub.

6 May 2021 12:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə