Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri start götürəcək.

Turnirin birinci günündə sərbəst güləşçlər mübarizəyə qoşulacaqlar. Millimizin 3 üzvü "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalça üzərinə çıxacaq.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) Otari Qoqava (Gürcüstan), Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikov, Vahid Qalayev (125 kq) isə İspaniya təmsilçisi Xose Kuba Vaskes ilə qarşılaşacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saar 20:00-da start götürəcək.

6 May 2021 10:22 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə