Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon yoxlamalara başlayacaq

Bu barədə ABŞ Müdafiə Nazirliyinin nəzarət orqanının Baş müfəttişinin kosmos, kəşfiyyat və mühəndislik sahəsində nəzarət və qiymətləndirmə üzrə köməkçisi Rendolf Stoun məlumat verib. Yoxlamalar çox güman ki, bu ilin may ayında Müdafiə Nazirliyinin bir sıra strukturlarında keçiriləcək.

O deyib: “Qiymətləndirmənin məqsədi uçan naməlum obyektlər barədə Müdafiə Nazirliyində görülən tədbirlərin səviyyəsini müəyyən etməkdir”.

Bir qədər əvvəl CNN telekanalı ABŞ Milli Kəşfiyyat İdarəsinin və digər qurumların uçan naməlum obyektlər barədə “məxfi olmayan” hesabatları iyun ayında Konqresə təqdim edəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ildə Pentaqonun nəzdində uçan naməlum obyektlərin tədqiqatı üzrə işçi qrupu təsis olunub. İşçi qrupunun məqsədləri sırasına ölkənin milli təhlükəsizliyi üçün təhdid törədə biləcək uçan naməlum obyektlərin aşkar­lanması, təhlili və siyahıya alınması daxildir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

6 May 2021 08:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 İyun 2021 | 06:15
Borc ödənilib
17 İyun 2021 | 06:14
Dövlətabad geri qaytarılıb
17 İyun 2021 | 06:12
PKK üzvləri həbs edilib

Köhnə versiyamızdan xəbərləri izlə