Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenski Krımı Avropanın problemi adlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 4-də Varşavada səfərdə olarkən Polşa, Estoniya, Litva və Latviya liderləri ilə keçirdiyi müzakirələr zamanı Avropanın Krım uğrunda mübarizəsini davam etdirməli olduğunu bildirib. V.Zelenskinin bu bəyanatı Ukrayna Prezidentinin ofisinin rəsmi saytında dərc olunub. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

“Ukraynanın bir hissəsi, bizim Krım yarımadası ilhaq edilibsə, ölkəmizin şərqində müharibə gedirsə, demək, Avropada da müharibə gedir. Bizim birlikdə olmağımız çox vacibdir”, – deyə V.Zelenski bildirib.

Varşavada “Xalqların xoşbəxtliyi ədalətli qanun­lara əsaslanır, qanunların səmərəliliyi isə onların icrasından asılıdır” mövzu­sunda keçirilən diskussiya zamanı Ukrayna Prezidenti vurğulayıb ki, Ukrayna Avropa İttifaqını (Aİ) daha da gücləndirəcək qüdrətli dövlətdir. Məlum olduğu kimi, rəsmi Kiyev Aİ-yə və NATO-ya üzv olmağı hədəf götürüb.

Yeri gəlmişkən, bu günlərdə qlobal KİV-in diqqəti məhz Ukraynaya yönəlib. Belə ki, “Böyük yeddilər”in xa­rici işlər nazirlərinin Londonda keçirilən iclasından sonra ABŞ-ın dövlət katibi Ento­ni Blinken dünən ikigünlük səfərlə Kiyevə gəlib. ABŞ-ın xarici siyasət idarəsinin rəhbərini Ukraynaya bu ölkənin xarici işlər naziri Dmitri Kuleba dəvət edib.

E.Blinken Kiyevdə Ukray­na rəsmiləri, o cümlədən ölkə Prezidenti Vladimir Zelenski ilə görüşərək bir sıra mühüm məsələlər üzrə müzakirələr aparacaq.

Ukraynada E.Blinkenin səfərinə böyük dəyər verirlər. Rəsmi Kiyev Ağ evin yeni administrasiyasından Krımın Rusiya tərəfindən ilhaqına və Donbasda separatçılara qarşı mübarizəsində daha güclü dəstək gözləyir.

Yeri gəlmişkən, səfər baş­lamazdan qabaq Birləşmiş Ştatların Dövlət Departa­mentinin sözçüsü Ned Prays bildirmişdi ki, Rusiya Ukray­nanın şərqində münaqişənin nizamlanması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikərə əməl etməli və Krımın qeyri-qanuni ilhaqına son qoyma­lıdır.

M.HACIXANLI, “Xalq qəzeti”

6 May 2021 08:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 İyun 2021 | 00:31
Rusiyada yenə rekord yoluxma
19 İyun 2021 | 01:04
Yaltada güclü daşqın
19 İyun 2021 | 01:01
Reytinq dəyişib

Köhnə versiyamızdan xəbərləri izlə