Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDIR

 

Tender 2 lot üzrə keçirilir.

Lot -1. Torpaq məcralı Cəlayer kanalının beton üzlüyə alınması, sugötürücü qurğunun təmiri ilə birlikdə (PK04+50 Pk07+00) beton üzlüyə alınması işlərinin yerinə yetirilməsinin satın alınması.

Lot -2. Çay məcralarının lildən təmizlənməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, satınalma proseduru elektron portal vasitəsilə keçirildiyi üçün müraciətləri portal vasitəsilə elektron qaydada etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son­ra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax rayonu, Qax baş kəndi, Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs E.Xudeynatovdan), telefon- 0144- 4-30-23, 0555779034,0705779034) ala bilərlər.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

Müsabiqədə iştirak üçün “Asan Ödəniş”lə ödə “ düyməsini sıxa­raq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

İştirak haqqı hər bir lot üçün 80 (səksən) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat -Qax SSİ

Hh- AZ34CTRE00000000000002350401

VÖEN- 4300088331

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK STREAZ22

Fond -7, depozit və tapşırıqlar (mərkəzi), iqtisadi təsnifat kodu- 142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi miqdarında bank təminatı ( zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı və son 1 illik dövr üzrə müvafiq bank hesablarından çıxarışın təqdim edilməsi zəruridir;

–malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri, nizamnamə;

-digər sənədlər: -müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, girovun olmaması, məhkəmənin qərarı ilə fəaliyyətinin dayandırılmaması barədə geniş arayış;

-iddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə müva­fiq arayış;

-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müva­fiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması barədə təsdiqedici sənəd.

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkarlıq fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması və ya onların müvafiq peşə fəaliyyəti ilə məşğul olması­nın məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;

-satınalma müqaviləsi bağlamaq səlahiyyəti olması.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2 iyun 2021-ci il saat 9.00-a, tender təklifi və bank zəmanətlərini isə 10 iyun 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə tender komissiyasına təqdim etməlidirlər.

Zərflərin açılışı 11 iyun 2021-ci il saat 9.00- da portal vasitəsilə həyata keçiriləcəkdir.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

6 May 2021 08:15 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə