Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samux Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDIR

 

 

Tender 1 lot üzrə keçirilir.

Lot-4.Kanalların lildən təmizlənməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Məmmədov İmran Səməd oğlu

Ünvan: Samux rayonu, H.Əliyev prospekti 2.

E-mail: [email protected]

Tel- 055 290 01 55

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot üçün 100.00 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınal­malarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Samux Suvarma Sistemləri İdarəsi

• H/h- AZ33C­TRE00000000000002351001

• VÖEN- 6900056121

• Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod-210005

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: BİK CTREAZ 22

• Samux SSİ-nin xüsusi hesabı

• Fond-3, BSK-142575

Malgöndərənlər (podratçılar) iddi­açı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olun­muş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-Malgöndərənin (podratçının) ix­tisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplu­sunda tələb edilən sənədlərdə və forma­larda təqdim olunmalıdır).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqan­larından arayışlar.

-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, ava­danlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış.

Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış.

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 31 may 2021-ci il saat 11.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz ten­der təkliflərini və bank təminatını 8 iyun 2021-ci il saat 18.00-a qədər elektron por­tal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 9 iyun 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

6 May 2021 08:15 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə