Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi 2021-ci il üçün tibbi avadanlıqlara texniki qulluqların göstərilməsi xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

 

İddiaçılar öz tender təkliflərini bü­tün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixti­saslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır­lar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı 50 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

B-1. Benefisiar (alan) bank

Adı - Dövlət Xəzinədarlığı Agent­liyi

Kod - 210005

VÖEN- 1401555071

M/h - AZ­41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

B-2. Vəsaiti alan müştəri (benefi­siar)

Adı - DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h - AZ44C­TRE00000000000002458570

VÖEN - 1500426471

D-3. Büdcə təsnifatının kodu- 142330

D-4. Büdcə səviyyəsinin kodu -7

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (portal vasitəsi ilə təqdim olunur);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fa­izi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən id­diaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haq­qında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatları­nın surəti;

- tibbi avadanlıqlara texniki qulluq­ların göstərilməsi üzrə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (tibbi avadanlıqlar üzrə ixtisaslı kadr və texniki imkanları barədə məlumatlar sənəddə öz əksini tap­malıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarius­dan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün sənədləri 2 iyun 2021-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 10 iyun 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təklifləri 11 iyun 2021-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet por­talında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

- tibbi avadanlıqlara texniki qulluq­ların göstərilməsi üzrə ixtisaslı kadr potensialı barədə sənəd təqdim etməyən iddiaçının təklifləri qəbul edilməyəcək.

6 May 2021 08:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə