Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boz Dağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDIR

 

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot -1.Yüksək təzyiqli boru kəmərlərinin cari təmiri üçün polie­tilen boruların, tikinti materiallarının və avtomobillərə, traktorlara ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınal­malarının vahid internet portalı (eten­der.gov.az) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı me­yarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- İbrahimov Elmir Bəhrəm oğlu.

Ünvan- Mingəçevir şəhəri, Sağ sahil Tunel küçəsi Y.Q.K.İ.İ

E-mail: [email protected] Tel- (024) 274 59 27.

Maraqlananlar aşağıda qeyd olunan hesaba 110 (bir yüz on) manat məbləğində iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə Asan ödənişlə ödədikdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Boz-Dağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

H/h- AZ42CTRE 00000000000002355301

VÖEN- 2700094121

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

Kod- 210005

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T: BİK CTREAZ 22

Büdcə təsnifatının kodu – 142 330

Büdcə səviyyəsinin kodu - 7

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi - ( zərflərin açılışı tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə, sosial sığorta və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi tex­niki imkanlarının olması barədə arayış;

- İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olun­muş maliyyə hesabatının surəti;

4.4. Digər sənədlər.

Malgöndərənlər (podratçılar): 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 2 iyun 2021-ci il saat 10.00-a, 2 və 3-cü bəndlərdə göstərilən sənədləri isə 10 iyun 2021-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Tender təklifi zərfləri 11 iyun 2021-ci il saat 10.00-da elektron portal vasitəsi ilə açılacaqdır.

Göstərilən tarixlərdən gec təqdim edilən sənədlər dövlət satınalmala­rının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender komissiyası

6 May 2021 08:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə