Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib

 

Mayın 5-də videokonfrans formatında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-cü illik toplantısı keçirilib. “Dayanıqlı və yaşıl iqtisadiyyatın bərpası üçün əməkdaşlıq” devizi ilə keçirilən iclasda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri iştirak edib.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycanı maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edib. İllik toplantıda Rəhbərlər Şurasının hazırkı sədri Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və AİB-in prezidenti Masatsuqu Asakava çıxış ediblər.

İclasın gündəliyinə AİB-in 2020-ci il üzrə illik hesaba­tının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2021-ci il üçün büdcənin təsdiqi, xalis gəlirlərin müəyyən olunması, bankın tətbiq etdiyi qaydala­rın və tənzimləyici normaların nəzərdən keçirilməsi, 2022-ci ildə keçiriləcək Rəhbərlər Şurasının 55-ci illik top­lantısının tarixi və yerinin müəyyənləşdirilməsi və digər məsələlər daxil edilib.

Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər və yeni çağırış­lar, o cümlədən dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliklərinə qarşı tu­tarlı tədbirlərin görülməsi, COVID-19 xəstəliyinə qarşı vaksinasiya sahəsində əldə edilmiş ilkin irəliləyişlərlə dəstəklənən iqtisadi artımın qorunması, o cümlədən postpandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağı­rışların dəstəklənməsi, vergi sahəsində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Asiya və Sakit Okean vergi qovşağının açılması illik toplantıda diqqət mərkəzində olub.

Xatırladaq ki, AİB-in Rəhbərlər Şurasının 54-cü illik toplantısı mayın 3-5-də Tbilisi şəhərində keçirilməli idi. Lakin illik toplantının COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilməsinə dair qərar qəbul edilib.

Asiya və Sakit Okean Regionunda rifah, inklüziv­lik, çeviklik və dayanaqlığın əldə edilməsini dəstəkləyən AİB 1966-cı ildə yaradılıb və baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 49-u region­da olmaqla, 68 ölkə üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respub­likası bankın Rəhbərlər Şu­rasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

 

6 May 2021 08:39 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə