Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5 min ailəyə sovqat göndərəcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ölkənin aztəminatlı ailələrinə sovqat paylanması qərara alınıb.

Qərara əsasən, Prezident İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq, həmin kateqoriyaya daxil olan 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 min ailəyə ərzaq sovqatı göndəriləcək.

Xatırladaq ki, ötən il aprelin 29-da pandemiya ilə bağlı “Evdə qal” qapanması zamanı və bu il martın 17-də Novruz bayra­mı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfedera­siyası maddi və mənəvi yardım məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında yaşayan 3,99 min ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı çatdırıb.

“Xalq qəzeti”

6 May 2021 09:10 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə